Noyer meydana qayıdır
10.10.2023 - 09:18
“Bavariya”nın qapıçısı Manuel Noyerin son durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, almaniyalı qapıçı meydana qayıtmağa yaxındır.
O, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana çıxa bilər. Almaniyalının oktyabrın 21-də “Mayns” və ya üç gün sonra “Qalatasaray”la qarşılaşmada şans qazanacağı gözlənilir.
Oyun praktikası olmayan qolkiper start heyətdə meydana çıxacaq. Noyer sonuncu dəfə 2022-ci ilin noyabrında rəsmi oyunda iştirak edib.
Qeyd edək ki, Noyer istirahət vaxtı xizəkdən yıxılaraq zədələnib.
- Tahir Baxşıyev: "Hələ çempionatın çox hissəsi qabaqdadır"
- "Liverpul" və "Bavariya" "Fulhem"li üçün mübarizə aparacaq
- Bakıda keçiriləcək UFC turnirinin təntənəli çəkiölçmə mərasimi keçirilib
- Valdas Dambrauskas: "Qarabağ"ın təcrübəsi öz sözünü dedi“
- Azərbaycan yığmasının keçmiş üzvü “Araz Saatlı”nın baş məşqçisi oldu
0
0