Noyer milli karyerasını bitirir
07.06.2024 - 12:46
2024-cü il Avropa çempionatı Manuel Noyer üçün Almaniya millisi ilə sonuncu olacaq.
Apasport.az “Bild”-ə istinadən xəbər verir ki, “Bayern”in 38 yaşlı qolkiperi AÇ-2024-dən sonra millidəki karyerasını başa vuracaq.
Almaniya millisindəki “bir nömrə”nin yerini Mark-Andre ter Ştegenin alacağı gözlənilir.
Noyer AÇ-2024-də komandanın əsas qapıçısı olacaq.
Yulian Naqelsmannın komandası Macarıstan, Şotlandiya və İsveçrə milliləri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
- “Olimpiakos” - “Qarabağ”: Jurnalistlərin PROQNOZU
- Qadın güləşçilərimiz dünya çempionatını medalsız başa vurublar
- "Əl-Hilal" portuqaliyalı mütəxəssisin müqaviləsini uzadıb
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır
0
0