Noyer müəmması
10.01.2023 - 18:28
![Noyer müəmması](https://ww3.apasport.az/storage/news/2023/january/10/big/63bd6829c90d663bd6829c90d7167335735363bd6829c90d163bd6829c90d4.jpg)
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyerin zədəsinin daha ciddi olduğu üzə çıxıb.
Apasport.az xəbər verir ki, futbolçunun baldır və ayaq sümüklərində açıq sınığın olduğu barədə də məlumatlar yayılıb.
Bu səbəbdən Münhen təmsilçisi qapıçının əvvəlki səviyyəsinə qayıdacağından şübhələnir. Həmçinin qolkiperin nə vaxt meydana dönəcəyi ilə bağlı da dəqiq məlumat yoxdur və belə zədənin bərpasının adi sınıqdan daha uzun çəkdiyi bildirilir.
Qeyd edək ki, Noyer tətildə xizək sürərkən ayağını sındırmışdı.
- Macarıstan KUPONU
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- “Araz-Naxçıvan”dan 20-ci ev qələbəsi
- Tahir Süleymanov: "Ortabab komandalar belə, "Neftçi" ilə səfərdə qələbəyə oynayırlar"
- “Bavariya” “Bayer”in futbolçusundan imtina edib
0
0