İngiltərə Premyer Liqası təmsilçilərindən "Vulverhempton"un hücumçusu Mateus Kunyanı yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Nyukasl Yunayted" braziliyalı forvardın xidmətində maraqlıdır.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Sağsağanlar" Kunyanı Aleksander İsakın əvəzedicisi olaraq görür.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu 25 yaşlı hücumçu üçün onun klubuna 72 milyon avroluq təklif göndərəcək.
"Sambaçı" ilə "Arsenal", "Mançester Yunayted" və "Çelsi" də yaxından maraqlanır.
Xatırladaq ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Nyukasl"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 16 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Sabah” – “Neftçi” görüşünün hakimləri açıqlandı
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Millətlər Liqası: Türkiyə Uelslə bacarmadı, Almaniyadan darmadağın - YENİLƏNİB
- "İnter"in forvardı ÇL matçında iştirak etməyəcək
- Məşqçinin vəziyyəti pisləşib, oyun yarımçıq dayandırılıb