"Nyukasl" Liqa Kubokunun ilk finalçısı oldu
01.02.2023 - 02:01
!["Nyukasl" Liqa Kubokunun ilk finalçısı oldu](https://ww3.apasport.az/storage/news/2023/february/01/big/63d99077dd22d63d99077dd22e167520267963d99077dd22b63d99077dd22c.jpg)
İngiltərə Liqa Kubokunun ilk finalçısı bəlli olub.
Apasport.az xəbər verir ki, bu, "Nyukasl Yunayted" olub.
Səfərdə Premyer Liqanın autsayderi "Sauthempton"a 1:0 qalib gəlmiş "Nyukasl" bu dəfə rəqibini öz meydanında minimal hesabla məğlub edib – 2:1.
Qeyd edək ki, "Nyukasl"ın finaldakı rəqibinin adı sabah rəsmiləşəcək. "Old Traford"da "Mançester Yunayted" səfərdə 3:0 qalib gəldiyi "Notinqem Forest"lə cavab görüşünə çıxacaq.
0
0