"Nyukasl"dan yeni transfer
08.08.2024 - 16:38
!["Nyukasl"dan yeni transfer](https://ww3.apasport.az/storage/news/2024/august/08/big/66b4bc865e4fe66b4bc865e4ff172312077466b4bc865e4fc66b4bc865e4fd.jpg)
İngiltərənin "Nyukasl" klubu "Şeffild Yunayted"dən Uilyam Osulanı transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Britaniyalılar Danimarkanın U-21 millisinin üzvü üçün 15 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, Osula ötən mövsümü icarə əsasında "Derbi Kaunti"də keçirib. O, Danimarka millisinin heyətində meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalıb.
0
0