“Nyukasl”ın 50 milyonluq hədəfi
13.11.2023 - 10:29
![“Nyukasl”ın 50 milyonluq hədəfi](https://ww3.apasport.az/storage/news/2023/november/13/big/6551bfa85ecd56551bfa85ecd616998562966551bfa85ecd36551bfa85ecd4.png)
"Nyukasl" heyəti gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, ingilislər Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Julian Brandta elçi düşüb.
Almaniya millisinin də şərəfini qoruyan 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2019-cu ildən Dortmund klubunun formasını geyinir. Futbolçunun transferi üçün danışıqlara başlayan "sağsağanlar" keçid üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, cari mövsümdə 16 matçda iştirak edən Brand 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0