O, yenidən FİFA prezidenti seçiləcək
17.11.2022 - 16:41
![O, yenidən FİFA prezidenti seçiləcək](https://ww3.apasport.az/storage/news/2022/november/17/big/63762c3199a6c63762c3199a6d166868894563762c3199a6a63762c3199a6b.jpg)
Canni İnfantino yenidən FİFA prezidenti seçiləcək.
Apasport.az saytının məlumatına görə, funksioner növbəti seçkilərdə yeganə namizəd olacaq.
Bunu FİFA-nın mətbuat xidməti açıqlayıb. Namizədliklərin verilmə vaxtı noyabrın 16-dan 17-nə keçən gecə başa çatıb.
Seçimlər FİFA-nın 73-cü Konqresi çərçivəsində baş tutacaq. Bu tədbir 2023-cü il martın 16-da keçiriləcək. İnfantino daha 4 il müddətinə postunda qalacaq.
Qeyd edək ki, İnfantino 2016-cl ildən FİFA-ya rəhbərlik edir. 52 yaşlı mütəxəssis 2019-cu ildəki seçkilərdə də yeganə namizəd olub.
0
0