“Barselona”nın hücumçusu Pyerr-Emerik Obameyanq, nəhayət ki, komandadan ayrılmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, Qabon millisinin üzvü yenidən İngiltərədə oynamaq arzusundadır.
33 yaşlı forvard onun keçidində maraqlı olan “Çelsi”nin formasını geyinmək istəyir. “Zadəganlar”ın baş məşqçisi Tomas Tuxel Dortmund “Borussiya”sında rəhbərliyi altında çıxış edən Obameyanqı yenidən sərəncamında görmək istədiyini etiraf edib. İspanların bu transferdən 20 milyon avro və əlavə bonuslar alması gözlənilir.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq “Barselona”ya bu ilin yanvarında azad agent kimi keçib.
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib
- Paytaxt derbisini "Neftçi" qazandı - YENİLƏNİB
- Paytaxt küçələri pik saatlarda açıq olacaq
- Azərbaycan Kuboku: “Zirə”dən inamlı qələbə - YENİLƏNİB