Oğuzhan Özyakup karyerasını sonlandırıb
26.08.2024 - 19:46
Türkiyənin "Beşiktaş" klubunun sabiq futbolçusu Oğuzhan Özyakup karyerası ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, 31 yaşlı türkiyəli futbolçu karyerasını bitirib.
Onun son dayanacağı Niderlandın "Fortuna Sittard" klubu olub.
"Arsenal" və "AZ Alkmaar"ın aşağı yaş qruplarında oynadıqdan sonra "Beşiktaş"a transfer olunan Özyakup 8 il "ağ-qaraların" formasını geyinib.
Qeyd edək ki, karyerası ərzində 404 oyuna çıxan futbolçu 46 qol, 75 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mirbağır İsayev məşqçilərlə ilk görüşünü keçirib
- “Siti”dən çempionluq yolunda böyük addım
- “Seltik”in baş məşqçisi Premyer Liqa klubundan imtina etdi
- Saşa İliç: “Təlim-məşq toplanışı gənc oyunçulara təcrübə qazandırdı”
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
0
0