Okan Buruk onları heyətdə görmür
05.09.2023 - 17:42
![Okan Buruk onları heyətdə görmür](https://ww3.apasport.az/storage/news/2023/september/05/big/64f70dd881c4b64f70dd881c4c169391253664f70dd881c4964f70dd881c4a.png)
Yeni transferlərlə heyəti gücləndirən “Qalatasaray” 2 futbolçu ilə yolları ayıracaq.
Apasport.az saytı xəbər verir ki, Super Liqa təmsilçisində baş məşqçi Okan Buruk müdafiəçilər Fredrik Midtsyo və Leo Duboisin komandadan göndərilməsini istəyir.
Gənc çalışdırıcı 2022-ci ildən komandaya gələn futbolçuları artıq heyətdə görmür. Bu səbəbdən də onlara yeni klub tapmaq tapşırılıb.
Qeyd edək ki, “Qalatasay” 3 turdan sonra topladığı 7 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.
0
0