"Olimpiakos" - "Fənərbaxça" matçının hakimi bəlli olub
09.04.2024 - 13:34
!["Olimpiakos" - "Fənərbaxça" matçının hakimi bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/april/09/big/6615099070dfb6615099070dfc17126547366615099070df96615099070dfa.jpg)
UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçında "Fənərbaxça" səfərdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçı isveçrəli hakim Sandro Şarer idarə edəcək.
UEFA-nın açıqlamasına görə, Şarerin köməkçiləri Stefan De Almeyda və Bekim Zoqaj olacaq.
Matçın dördüncü hakimi Alessandro Dudiç olacaq.
Qeyd edək ki, Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində "Fənərbaxça" aprelin 11-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos" ilə qarşılaşacaq. Matç Bakı vaxtilə saat 20:45-də baş tutacaq.
0
0