Olmodan yeni müqavilə
02.06.2023 - 01:44
![Olmodan yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2023/june/01/big/6478ec5f05c706478ec5f05c7116856464316478ec5f05c6e6478ec5f05c6f.jpg)
Dani Olmo “Leyptsiq”i tərk etməyəcək.
Apasport.az-ın məlumatına görə, ispaniyalı futbolçu komanda ilə yeni müqavilə imzalayıb.
Bir çox klubların transfer hədəfində olan Olmonun yayda komandadan gedəcəyi gözlənilirdi. Əvəzində İspaniya yığmasının üzvü “Leyptsiq”lə 2027-ci ilədək yeni razılaşma əldə edib. 2020-ci ildən alman klubunun şərəfini qoruyan Dani 122 matçda 21 qol vurub, 29 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona”, “Real”və “Bavariya” Olmonu transfer etməyi planlaşdırmışdı.
0
0