Omandan Messiyə xüsusi təklif – 1 milyon dollar
25.12.2022 - 12:43
![Omandan Messiyə xüsusi təklif – 1 milyon dollar](https://ww3.apasport.az/storage/news/2022/december/25/big/63a80d2b10c8d63a80d2b10c8e167195780363a80d2b10c8963a80d2b10c8b.jpg)
Omanlı millət vəkili Əhməd Əl Bərvani dünya çempionatının finalından sonra mükafatlandırma mərasimində Argentina millisinin kapitanı Lionel Messinin geyindiyi Qətərin milli geyimi - bişti almaq arzusuna düşüb.
Apasport.az saytının məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Əl Bərvani superulduzun geyiminə 1 milyon dollar verə biləcəyini açıqlayıb. Millət vəkili bunu Messinin azarkeşi olmaqla və biştin ərəb dünyası üçün çox önəmli olması ilə əlaqələndirib.
Qeyd edək ki, mundialın finalında Argentina Fransanı məğlub edib.
0
0