Onana heyətdən kənarlaşdırıldı
28.11.2022 - 13:13
Kamerun millisinin qapıçısı Andre Onana heyətdən kənarlaşdırılıb.
Apasport.az saytının məlumatına görə, bu, Serbiya yığması ilə bugünkü qarşılaşmadan öncə baş verib.
Qolkiper intizamla bağlı səbəblərdən heyətdən kənar düşüb. O, Serbiya ilə matçda iştirak etməyəcək. “İnter”in futbolçusunun kənarlaşdırılma müddəti və dəqiq səbəbi müəyyənləşməyib.
Qeyd edək ki, Serbiya ilə matçda onu Deid Epassi əvəzləyəcək.
- Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur” - MÜSAHİBƏ
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Ruslan Lunyov növbəti dəfə fəxri kürsüdə yer alıb
- "Hall Siti" baş məşqçisi ilə yollarını ayırdı
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
0
0