Türkiyə millisinin futbolçusu Orkun Kökçü ABŞ üzərindəki qələbədən sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın D qrupunun son turunda 3:2 hesablı qələbəyə baxmayaraq, komandanın turnirdəki çıxışını uğursuz adlandırıb.
"Qələbə qazanmaq vacib idi. Çünki ortada şərəfimiz və ləyaqətimiz var idi. Şükürlər olsun ki, onları qoruduq. Hər kəs özünü tənqid etməlidir.
Nə biz, nə də ölkəmiz buna layiq idi. Çox şey demək olar, amma indi bunun vaxtı deyil. Ölkəmizi az da olsa sevindirə bildiksə, buna görə xoşbəxtik".
Qeyd edək ki, Türkiyə millisi ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, D qrupunu 3 xalla dördüncü pillədə başa vuraraq DÇ-2026 ilə vidalaşıb.
- Azərbaycanın U-21 yığması növbəti matça çıxacaq
- Yoxlama matçı: "Qalatasaray" 90+3-də məğlubiyyətdən xilas oldu
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
- Millimiz Antalyada təlim-məşq toplanışı keçəcək