Osimhen "Qalatasaray"ın tarixinə düşdü
26.02.2026 - 14:42
Osimhen "Qalatasaray"ın tarixinə düşdü

Viktor Osimhen “Qalatasaray”ın tarixinə düşüb.

Apasport.az xəbər verir ki, nigeryalı hücumçu “sarı qırmızılar”ın avrokuboklarda ən çox qol vuran futbolçusu adına sahib çıxıb.

O, buna Çempionlar Liqasının pley-off mərhələsinin “Yuventus”la matçında (2:3) nail olub.

Forvard “Qalatasaray” formasıyla avrokuboklardakı 13-cü qoluna imza atıb. Bu isə klub tarixində mütləq rekorddur.

Osimhenədək rekord Milan Baroşa məxsus idi. Çexiyalının aktivində 12 belə qol var.