Oskar Braziliyaya qayıdır
27.07.2022 - 10:20
“Çelsi”nin sabiq futbolçusu Oskar Braziliyaya qayıdır.
Apasport.az saytının məlumatına görə, Çinin “Şanxay SİPQ”də forma geyinən braziliyalı “Flamenqo”ya keçməyə yaxındır.
Bununla bağlı iki klub arasında şifahi razılıq əldə olunub. “San-Paulu” və “İnternasional”ın da maraqlandığı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Oskar 2017-ci ildən Çin təmsilçisində çıxış edir. Onun transfer qiyməti 18 milyonla dəyərləndirilir.
Qeyd edək ki, 2012-17-ci illərdə “Çelsi” forması geyinən yarımmüdafiəçi Braziliya yığmasında 46 oyuna 12 qol vurub.
- “Napoli” İsveçrəli futbolçunu transfer edib - Rəsmi
- “Fənərbaxça” Argentina klubu ilə razılaşıb
- Rəhman Daşdəmirov: “Azərbaycana əliboş qayıtmaq istəmirik”
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- Rəhman Hacıyev “Neftçi”də qalır – Mutu futbolçunu buraxmadı
0
0