Oyunda ürəyi dayanan futbolçunun son durumu müəyyənləşib
14.12.2024 - 17:20
"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bove xəstəxanada müalicəsi başa çatıb.
Apasport.az xəbər verir ki, o, evə buraxılıb. 22 yaşlı futbolçusu müalicəsini evdə davam etdirəcək.
İtaliyalı hücumçunun dekabrın 1-də "İnter"lə oyunda ürəyi dayanmışdı. O, daha sonra defibrilator taxdırmaq üçün əməliyyat olunub.
Futbolçu defibrilatorun implantasiyasından 6 ay vaxt keçməyincə oynaya bilməyəcək.
Qeyd edək ki, Bove 2024-cü ilin yayında “Roma”dan icarə əsasında “Fiorentina”ya keçmişdi. Bu mövsüm o, 14 oyuna çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.
- Lionel Messinin Həyatından 5 Ruhlandıran Hekayə
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilir
- ABL: II turun növbəti oyunları keçiriləcək
- "Kəpəz" saxlamaq istəyir, "Araz-Naxçıvan" almaq - "Porto"nun yetirməsinin qərarı
0
0