Özbək futbolçu “Siti”də - rəsmi
20.01.2025 - 23:23
İngiltərə Premyer Liqası komandalarından “Mançester Siti” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub Fransa təmsilçisi “Lens”də çıxış edən Abdukodir Xusanovu transfer edib.
Tərəflər arasında razılaşmaya əsasən, “şəhərlilər” oyunçu üçün bonuslarla birgə 50 milyon avro ödəniş edib.
Özbəkistan millisinin üzvü yeni komandasında “45” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi “Lens”in heyətində 16 rəsmi matçda iştirak edib.
- ÇL: “Qalatasaray”dan minimalhesablı qələbə, “Atletiko” və “Bavariya”dan darmadağın - YENİLƏNİB
- “İstedadların seçimi” yarışının II turu başa çatıb
- Millətlər Liqası: İspaniyadan qələbə, Polşada 6 qol - YENİLƏNİB
- Millimiz Qırğızıstan və Moldova ilə oynayacaq
- Füzuliyə yeni köç edən gənclər Aşağı Köndələnçayda avar çəkəcək - FOTO + VİDEO
0
0