“Çelsi” “Çikaqo Fayr”ın qapıçısı Qabriel Sloninanı heyətinə qatmaq üzrədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu 18 yaşlı qolkiperlə müqavilə imzalamağa yaxındır.
ABŞ yığmasının üzvü ilə 6 illik sözləşmə bağlanması gözlənilir. Ancaq Qabriel icarə əsasında “Çikaqo Fayr”da qalacaq. Bonuslar da nəzərə alınmaqla transferin məbləği 15 milyon avroya qədər çata bilər. Qapıçı tibbi müayinədən keçdikdən sonra paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Qabriel Slonina 2021/22 mövsümündə 23 oyunda iştirak edib, onun 10-da qapısının toxunulmazlığını qoruyub.
- Azərbaycanın iki boksçusu Avropa kubokunda yarımfinala yüksəldi
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
- 30 dəqiqədə şou göstərdi - Undav matçın ən yaxşısı seçildi
- ABL: VI tura bu gün start veriləcək
- “Qarabağ”ın mümkün rəqibləri: “Viktoriya”dan əzmkar qələbə