Paytaxt klubunda yeni müqavilə
16.07.2022 - 23:38

“Arsenal” yarımmüdafiəçisi Bukayo Saka ilə yeni müqavilə imzalamağa yaxındır.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqlar artıq son mərhələdədir
Hətta yeni sözləşmənin şərtləri ilə bağlı ilkin razılıq da var. Paytaxt klubu 20 yaşlı oyunçu ilə müqavilə müddətini 2027-ci ilin yayına qədər uzatmağı planlaşdırır. Onun hazırkı anlaşması 2024-cü ilə qədərdir.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Bukayo Saka ötən mövsüm bütün turnirlərdə 43 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
- Ramil Şeydayev üçün səmərəsiz 53 dəqiqə
- Xavinin “El Klasiko” üçün tapşırığı
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- "Qarabağ" - "Dinamo" matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb
- Dünya çempionatında iştirak edəcək ultramarafonçumuz müəyyənləşib
0
0