![Pele və Ronaldodan sonra üçüncü](https://ww3.apasport.az/storage/news/2022/december/06/big/638ed8250d20f638ed8250d2101670305829638ed8250d20d638ed8250d20e.jpg)
Braziliya millisinin futbolçusu Neymar DÇ-2022-də ilk qolunu vurub.
Apasport.az saytının məlumatına görə, ulduz hücumçu 1/8 final mərhələsinin Cənubi Koreya ilə matçında fərqlənib.
Bu, Neymarın qol vurduğu üçüncü mundialdır. O, DÇ-2014 və DÇ-2018-də də rəqib qapılarına yol tapıb.
Neymar Braziliya yığmasının heyətində ən azı üç dünya çempionatında qol vuran üçüncü futbolçu kimi tarixə düşüb. Onadək Pele və Ronaldo bunu bacarıb.
Pele 4 mundialda qol sevinci yaşayıb. Futbol kralı 1958, 1962, 1966 və 1970-ci ilərdə buna nail olub. Ronaldo isə 1998, 2002 və 2006-cı illərdə qol vurub.
Qeyd edək ki, Braziliya Cənubi Koreyanı 4:1 hesabı ilə məğlub edib.