Pepedən ÇL rekordu
26.10.2023 - 01:31
Portuqaliyalı futbolçu Pepe Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, o, turnirdə meydana çıxan ən yaşlı futbolçu olub.
“Portu”nun müdafiəçisi 40 yaş və 241 günündə ÇL-də forma geyinib. Bununla, Pepe Allesandro Kostakurta (2006) və Devid Ueyrin (2010) rekordunu arxada qoyub. Adıçəkilən futbolçular turnirdə 40 yaş və 211 günündə meydana çıxıblar.
Qeyd edək ki, Çempionlar Liqasının III turundan “Portu” səfərdə “Antverpen”in qonağı olub və 4:1 hesabı ilə qələbə qazanıb.
- “Liverpul” gürcü qapıçını transfer etmək istəyir
- ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
- “Mançester Yunayted” Evansa güvənir
- Ruslan Abışov: "Neftçi"dən getdiyimə görə peşman olduğumu hər dəfə demişəm" - Müsahibə
- “Araz-Naxçıvan”ın kapitanı: “Qurban Qurbanovun düşüncəsi necədirsə, mənim üçün də elədir”
0
0