"Real Madrid"in prezidenti Peres "Jirona"nın futbolçusundan üzr istəyib.
Apasport.az saytı xəbər verir ki, İspaniya La Liqada VIII turun “Jirona” – “Real” oyununda qonaqların müdafiəçisi Naço Fernandes rəqib hücumçu Portuya qarşı sərt hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.
33 yaşlı müdafiəçinin qovulmağa laiq olmadığını düşünən 76 yaşlı Perez “Jirona”nın futbolçusunu sərt tənqid edib. Ancaq sonradan səhv hərəkət etdiyini görən klub prezidenti Portoya şəxsən zəng edərək peşman olduğunu bildirib.
Qeyd edək ki, “Jirona” – “Real” matçı qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
- BOS yaxınlığındakı VAR Mərkəzi fəaliyyətini dayandırıb
- Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
- “Sumqayıt”ın basketbolçusu: “Burda əsl istedadımı nümayiş etdirə bilirəm”
- Çempionlar Liqası: "Birbaşa Bakı" 1/4 finalda!
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib