Peres "Mançester Yunayted"li ilə maraqlanır
18.03.2024 - 17:58
"Real Madrid"in prezidenti Florentino Peres "Mançester Yunayted"in cinah oyunçusu Alexandro Qarnaçonu öz komandasına cəlb etmək istəyir.
Apasport.az “Defensa Central”a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri Qarnaçonun transferində maraqlıdır.
Mənbədə bildirilib ki, aprelin 17-də Peres argentinalı ilə şəxsən görüşməyi və danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, 19 yaşlı Alexandro bu mövsüm Premyer Liqada 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
- Azərbaycan milli komandası EYOF-a möhtəşəm start verib
- Ölkəmizdə keçiriləcək dünya çempionatının vaxtı bəlli olub
- Mourinyodan ittiham: “Komandaya xəyanət etdi”
- Mundiallar tarixində qol vurub, qovulan 2-ci futbolçu
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub
0
0