Fransalı mütəxəssis Zinəddin Zidan “Real”a qayıda bilər.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres Zidanın komandaya qayıdışında şəxsən maraqlıdır və onun baş məşqçi postuna gətirilməsini istəyir.
Ancaq bu planın reallaşması üçün Zinəddin Zidan Fransa millisində çalışmaq perspektivindən imtina etməli olacaq. Mütəxəssis hazırda 2026-cı il dünya çempionatından sonra Fransa yığmasına baş məşqçi təyin olunacağına ümid edir.
“Real” Zidanın rəhbərliyi altında ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Hazırda isə “kral klubu”nun baş məşqçisi postunu ispan mütəxəssis Xabi Alonso tutur. O, komandaya bu ilin yayından rəhbərlik edir.
- Mehmet Aurelio “Fənərbaxça”ya qayıtdı - MƏŞQÇİ KİMİ ÇALIŞACAQ
- Basketbol Liqasında 1/4 final oyunlarının təqvimi açıqlandı
- Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
- Türkiyə komandaları UEFA-dan nə qədər qazanıb?
- Elmar Məmmədyarov: “AFFA işğaldan azad olan ərazilərdə iki komanda yaradır”