Pioli Səudiyyə Ərəbistanı klubuna keçəcək
03.07.2024 - 12:39
![Pioli Səudiyyə Ərəbistanı klubuna keçəcək](https://ww3.apasport.az/storage/news/2024/july/03/big/66850b89cbea066850b89cbea1171999527366850b89cbe9e66850b89cbe9f.jpg)
"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanı klubuna baş məşqçi təyin ediləcək.
Apasport.az xəbər verir ki, söhbət "Əl-İttihad"dan gedir.
Klub müqaviləni yaxın günlərdə başa çatdırmağı planlaşdırır.
Danışıqlar uğurla nəticələnsə, "Əl İttihad" 58 yaşlı italyan üçün ilk xarici klub olacaq. O daha əvvəl "Fiorentina", "İnter", "Milan", "Latsio", "Boloniya", "Salernitana" kimi komandaları çalışdırıb.
0
0