Pirlo “Sampdoriya” ilə anlaşdı
27.06.2023 - 22:54
İtaliyalı mütəxəssis Andrea Pirlonun yeni iş yeri bəlli olub.
Apasport.az saytı xəbər verir ki, 44 yaşlı məşqçi “Sampdoriya” ilə müqavilə imzalayıb.
Pirlo Genuya klubu ilə 2025-ci ilin iyun ayınadək anlaşıb. İtaliyada əvvəllər “Yuventus”u çalışdıran mütəxəssis bu dəfə B seriyasında işləyəcək. Ötən mövsümün yekunlarına görə, 20-ci yeri tutan “Sampdoriya” A seriyasını tərk edib.
Qeyd edək ki, Pirlo 2002/23 mövsümündə Türkiyənin “Fatih Karagümrük” klubunda fəaliyyət göstərib.
- Azərbaycanın 8 boksçusu "Böyük İpək Yolu" turnirində ən azı bürünc medalı təmin edib
- “Zirə” “Neftçi”ni məğlub etdi - 3:0
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- Tribunadan yıxılan azarkeş ağır yaralanıb: Reanimasiyaya aparılıb
- "Fənərbaxça"nın futbolçusu "itkin" düşüb - Hüquqi proses başlayıb
0
0