"Çelsi”də indi potensial Lempard, Terri və Droqbalar var".
Apasport.az saytı xəbər verir ki, bunu London klubunun baş məşqçisi Maurisio Poçettino "mavilər"in transfer siyasətindən danışarkən deyib.
51 yaşlı mütəxəssis komandanın gənc futbolçularının çıxışından razıdır. Argentinalı məşqçi gənclərin komandaya cəlb olunması siyasətini dəstəklədiyini açıqlayıb: "Bu komanda vaxtilə Droqba kimi ən yaxşı oyunçuları transfer edirdi. İndi fikir gənc futbolçuları almaqdır ki, onların inkişaf etmək imkanı olsun. Hazırda komandanın formalaşması mərhələsindəyik. Bu gün bizim potensial Lempard, Terri və ya Droqba ola bilər, amma onlar gəncdirlər”.
Qeyd edək ki, yeni mövsümdə Premyer Liqada 4 matç keçirən “zadəganlar” 1 qələbə və 1 heç-heçəyə sahibdirlər.
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
- Qurban Qurbanov: "Real baxsaq, üstünlük "Braqa" tərəfdədir"
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"
- Bakıda qollu sülh - YENİLƏNİB
- III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda