Pol Poqba yarışlardan kənarlaşdırıldı - DOPİNQ
12.09.2023 - 09:38
![Pol Poqba yarışlardan kənarlaşdırıldı - DOPİNQ](https://ww3.apasport.az/storage/news/2023/september/12/big/64fff9673681f64fff96736820169449712764fff9673681d64fff9673681e.png)
"Yuventus" futbolçusu Pol Poqbanın cəzalandırıldığını təsdiqləyib.
Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi yerli Milli Antidopinq Tribunalı tərəfindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
Buna səbəb avqustun 20-də 30 yaşlı fransızdan götürülən dopinq-testlərin nəticəsinin müsbət olmasıdır. Prosesləri diqqətlə izlədiyini deyən “qoca sinyora” rəsmiləri tribunalın qərarına əsasən hərəkət etmək niyyətindədir. Poqbadan bugünlərdə B testi götürüləcək.
Qeyd edək ki, futbolçunun ilk dopinq testində qanında qeyri-endogen mənşəli testosteron metabolitləri aşkar edilib.
0
0