Polşa millisində yeni baş məşqçi
20.09.2023 - 14:02
Polşa millisinə baş məşqçi təyinatı olub.
Apasport.az saytı xəbər verir ki, bu post yerli Mihal Probetsə həvalə edilib.
50 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Probets Polşanın gənclərdən ibarət komandasını da çalışdırıb.
Onun ilk sınağı AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Farer adaları ilə səfər matçına təsadüf edəcək.
Qeyd edək ki, Probetsdən öncə milliyə Fernando Santos rəhbərlik edib. Portuqaliyalı AVRO-2024-ün seçmə mərhələsində Albaniya yığmasına məğlubiyyətdən sonra (0:2) postundan göndərilib.
- 3 hakim ölkəmizi Avropa Çempionatında təmsil edəcək
- Fonseka “Lion”dan ayrıldı - YENİ İŞ YERİ BƏLLİ OLDU
- Tuxel məğlubiyyətə aydınlıq gətirdi - “Qərarları verən mənəm”
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
0
0