Polşalı forvard daha 1 il “Barselona”da qalacaq
13.02.2025 - 00:50
“Barselona” futbolçusu Robert Levandovskinin müqaviləsini uzatmağa qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Klub oyunçunun müqaviləsini bir il müddətinə uzadacaq.
Qeyd edək ki, Levandovski bu mövsüm kataloniyalıların heyətində çıxış etdiyi 33 rəsmi matçda 31 qol, 3 assistlə yadda qalıb. Onun komanda ilə hazırki müqaviləsi 2026-cı ilə qədərdi
0
0