Poqba məşqlərə başladı - FOTOLENT
10.01.2023 - 20:54
Fransalı yarımmüdafiəçi Pol Poqba zədədən sonra "Yuventus"la məşqlərə qayıdıb.
Apasport.az xəbər verir ki, Poqba bu gün komanda yoldaşları ilə birlikdə məşq meydançasında çalışıb.
Fransalı futbolçu "Yuventus"un ABŞ-da mövsümöncəsi turu zamanı dizindən zədə alıb. Sentyabrın əvvəlində o, meniskindən əməliyyat olunub və Poqba bu mövsüm istər klubunun, istərsə də millisinin oyunlarını buraxıb.
"Yuventus" tələsmək istəmədiyi üçün 29 yaşlı Pol Poqbanın meydana qayıdışı, çox güman ki, bir neçə həftəyə baş tutacaq.
- “Yuventus” Kenan Yıldızla anlaşmaqda çətinlik çəkir
- "Arsenal"ın futbolçusu: "Ronaldinyo tarixin ən yaxşısıdır"
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Tərlan Əhmədov: "Qırmızı vərəqələr oyuna maraq qatdı"
- Millimiz Kosovo və İrlandiya ilə oyunların hazırlıqlarına start verib
0
0