Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ
01.07.2026 - 09:35
Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi PSJ-dən Qonçalo Ramosu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" portuqaliyalı futbolçu üçün Fransa klubuna 74 milyon avro ödəyib. 25 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, PSJ Qonçalo Ramosu 2023-cü ilin yayında "Benfika"dan transfer etmişdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.