Portuqaliyalı futbolçu "Yuventus"da qalacaq
22.07.2025 - 15:23
"Yuventus" ötən mövsüm "Portu"dan icarəyə götürdüyü Fransisko Konseysaunun transfer hüquqlarına yiyələnəcək.
Apasport.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" Portuqaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Konseysau ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 40 rəsmi oyunda iştirak edib, 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqada mayın iki turunun cədvəli açıqlandı
- Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”
- Madrid təmsilçisinin yeni transferi sıradan çıxdı
- Rəşad Sadıqov: “Musanın günü idi, nə edirdisə, alınırdı” - VİDEO
- ”Xankəndi”nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"
0
0