Potterinin əvəzləyicisi dəqiqləşdi
09.09.2022 - 13:28

“Brayton”un baş məşqçisi postuna namizəd müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Qrem Potterin “Çelsi”yə gedişinsən sonra başsız qalan Premyer Liqa təmsilçisi axtarışlarını yekunlaşdırıb.
Klub rəhbərliyi seçimini Stiv Kuperin üzərində dayandırıb. Hazırda “Nottinhem Forest”i çalışdıran mütəxəssisin təyinatı ilə bağlı danışıqlara start verilib. Potter üçün 17,2 milyon avro kompensasiya alan “Brayton” Nottinhem təmsilçisinə vəsait ödəməli olacaq.
Qeyd edək ki, Kuper 2021-ci ilin sentyabrından indiki klubunda çalışır.
- Argentina çətin qələbə ilə 1/4 finalda - YENİLƏNİB
- Arif Əsədov: "Çalışacam göstərək ki, bizim də yaxşı yerli məşqçilərimiz var"
- "Qalatasaray" zəlzələ qurbanlarına konteynerlə dəstək olacaq
- Vasili Berezutski: “Birinci hissədə hardasa çəkinərək oynadıq”
- "Barselona"nın 4 futbolçusu "Napoli" ilə oyunu buraxacaq
0
0