![Premyer Liqa: "Çelsi" uğursuz seriyaya son qoyub](https://ww3.apasport.az/storage/news/2025/january/21/big/678f29756a45f678f29756a4601737435509678f29756a456678f29756a45e.jpg)
Premyer Liqanın 22-ci həftəsində "Çelsi" Vitor Pereyranın baş məşqçisi olduğu "Vulverhempton"u qəbul edib.
Apasport.az xəbər verir ki, "mavilər" 24-cü dəqiqədə Tosin Adarabioyonun qolu ilə hesabda önə keçib. Qonaq komanda ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirib.
60-cı dəqiqədə Mark Kukurella ilə yenidən önə keçən "Çelsi" 66-cı dəqiqədə Noni Maduekenin vurduğu qolla fərqi 2-yə çatdırıb.
"Çelsi" 5 oyundan sonra xallarını 40-a çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
"Qurdlar" isə Vitor Pereyra dövründə ardıcıl 3-cü məğlubiyyətini alıb.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada son 5 matçın 2-də məğlub olub, 3-də isə 1 xalla kifayətlənib.