Premyer Liqa klubları transferdə anlaşmadı
16.07.2022 - 22:27
“Mançester Siti”nin müdafiəçisi Natan Ake “Çelsi”yə keçməyəcək.
Apasport.az saytının məlumatına görə, futbolçu özü bütün şərtləri müsbət cavablandırsa da, klublar transferin məbləğində razılığa gələ bilməyib.
“Şəhərlilər” 45 milyon funt sterlinq tələb etdiyindən, “Çelsi” geri addım atıb. Buna görə də Premyer Liqa çempionu Niderland millisinin üzvünü satmamaq qərarına gəlib.
27 yaşlı oyunçunun keçidini reallaşdıra bilməyən “Çelsi” diqqətini “Sevilya”nın müdafiəçisi Jül Kundeyə yönəldib. Həmçinin PSJ-li Presnel Kimpembe də maraq dairəsindədir.
- Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”
- “Qarabağ”ın gözlədiyi püşkatmanın VAXTI
- Millilərimiz Finlandiya və Avstraliya ilə qarşılaşacaqlar
- "Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində
- Onun üçün bir mikrorayonun pulunu vermişdilər: "Bakıda çoxlu..."
0
0