Premyer Liqa klubu PSJ-dən müdafiəçi alır
16.08.2022 - 14:08
PSJ-nin futbolçusu Tilo Kerer karyerasını Premyer Liqada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin transferində “Vest Hem” maraqlıdır.
İngiltərə klubu keçidlə bağlı danışıqlar aparır. 25 yaşlı almaniyalı və agenti ilə görüşən London təmsilçisinin nümayəndələri şəxsi müqavilənin detallarını razılaşdırıb. Keçidin rəsmiləşməsi üçün iki klub arasında razılığın əldə olunmalıdır. Bunun yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, Tilo ötən mövsümün 34 matçında 2 qol vurub.
- “Liverpul” “Bornmut”un müdafiəçisi ilə maraqlanır
- Azərbaycan Kuboku: Final matçının tarixi bəlli olub
- “Böyük Dəbilqə”də iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib - FOTO
0
0