Premyer Liqa klubunda ayrılıq - RƏSMİ
07.08.2025 - 17:27
Premyer Liqa klubunda ayrılıq - RƏSMİ

“Vest Hem” Maykl Antonio ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçunun müqaviləsi başa çatıb və klub onunla yeni sözləşmə imzalamayıb.

Qeyd edək ki, Maykl Antonio 2015-ci ildən “Vest Hem”in formasını geyinirdi. O, komandanın heyətində ümumilikdə 323 oyuna çıxaraq 83 qol vurub və 42 məhsuldar ötürmə edib.