Premyer Liqa klubunda yeni müqavilə
06.10.2023 - 22:56
![Premyer Liqa klubunda yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2023/october/06/big/65205417e004465205417e0045169661749565205417e004265205417e0043.jpeg)
“Aston Villa” futbolçusu Olli Uotkinslə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə Premyer Liqa klubu arasında uzunmüddətli anlaşma imzalanıb.
2020/21 mövsümündən Birminhem klubunda çıxış edən futbolçunun yeni müqaviləsinin müddəti açıqlanmır. O, 3 il əvvəl “Brentford”dan transfer olunub.
Qeyd edək ki, Olli cari mövsümün 7 oyununda 4 qol və 3 assistə imza atıb.
0
0