Premyer Liqa klubunda yeni müqavilə
24.01.2025 - 01:28
![Premyer Liqa klubunda yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2025/january/24/big/6792b4746dcbc6792b4746dcbd17376677006792b4746dcba6792b4746dcbb.jpeg)
İngiltərə Premyer Liqası komandalarından “Nottingem Forest” hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, bu mövsüm diqqətləri üzərinə çəkən forvard Kris Vud İngiltərə təmsilçisi ilə müqaviləsini uzadıb.
Hücumçu 2027-ci ilə qədər klubun uğurları üçün çalışacaq.
Xatırladaq ki, 33 yaşlı forvard “Nottingem Forest”ə “Nyukasl Yunayted”dən 2023-cü ildə 17 milyon avro qarşılığında transfer olunub.
Qeyd edək ki, Yeni zellandiya millisinin üzvü bu mövsüm Premyer Liqa klubunda çıxış etdiyi 23 rəsmi qarşılaşmada 14 qol, 2 assistlə yadda qalıb.
0
0