Premyer Liqa klubundan 18 milyonluq transfer
04.07.2024 - 01:24
![Premyer Liqa klubundan 18 milyonluq transfer](https://ww3.apasport.az/storage/news/2024/july/04/big/6685c19e6c9106685c19e6c91117200418866685c19e6c90c6685c19e6c90f.jpeg)
İngiltərə Premyer Liqa təmsilçisi "Everton" növbəti transferi reallaşdırıb.
Apasport.az xəbər verir ki, Mersisayd klubu İliman Ndiayeni heyətinə qatıb.
Seneqallı 24 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb.
"Marsel" onun transferindən 18 milyon avro qazanıb.
Seneqal millisinin forvardı "Şeffild Yunayted", "Hayd Yunayted" komandalarında oynadıqdan sonra 2023-cü ildə "Marsel"ə keçmişdi.
0
0