Premyer Liqa klubundan 20 milyonluq transfer
17.01.2023 - 09:30
İngiltərənin “Nottinhem Forest” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Danilo dos Santosu transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayındək müqavilə imzalanıb.
Braziliyalı üçün “Palmeyras”a 20 milyon avro ödəniləcək. Bu, klubun Premyer Liqaya qayıdışından sonra 25-ci transferidir.
Qeyd edək ki, Danilo 2022-ci ildə 28 oyunda 1 qol vurub.
- Cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
- “Bolonya” 60 ildən sonra Çempionlar Liqasında çıxış edəcək
- Çempionlar Liqası: "Real" və "Milan" evdə qalib gəldilər
- KL: "Çelsi" və “Fiorentina”dan qələbə, “Kopenhagen” məğlub oldu - YENİLƏNİR
- “Qarabağ” 10 pillə irəlilədi, “Sabah” və “Araz-Naxçıvan”dan sıçrayış
0
0