Premyer Liqa klubundan 46 milyonluq tələb
20.09.2022 - 17:01
“Aston Villa”nın futbolçusu Duqlas Luis London nəhənglərinin maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun yarımmüdafiəçisi “Arsenal”la “Çelsi”nin hədəfindədir.
Luis həm də “Barselona”nın transfer siyahısına düşüb. Yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bu üzdən “Aston Villa” qışda Duqlası satmaq fikrindədir. Birminhemlilər onun üçün 46 milyon avro tələb edir.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu ilin yayında “Mançester Siti”dən transfer olunub.
- Azərbaycan çempionatı: “Zirə” 7-ci qələbəsini qazandı
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- İlk 100 matçında ən çox qol vuranlar - ADLAR
- “Atletiko” müdafiəçisinə 60 milyon avro qiymət qoydu
- "Qarabağ" Özbəkistan təmsilçisi ilə qarşılaşacaq
0
0