![Premyer Liqa klubundan ilk](https://ww3.apasport.az/storage/news/2023/may/22/big/646afa8d3e6dd646afa8d3e6de1684732557646afa8d3e6db646afa8d3e6dc.jpg)
İngiltərəni avrokuboklarda təmsil edəcək daha bir komanda müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Brayton” qitə miqyaslı turnirlərdə oynamaq hüququ qazanıb.
Roberto de Dzerbi buna Premyer Liqanın XXXVII turunda nail olub. “Sauthempton”a 3:1 hesabı ilə qalib gələn “Brayton” 36 oyundan sonra 61 xalla 6-cıdır.
“Aston” Villa”nın 58, “Tottenhem”in 57 xalı olsa da, onların hərəyə bir oyunu qalıb. “Brayton” isə hətta “Liverpul”un 66 xalla qərarlaşdığı 5-ci yerə də şansını qoruyur.
Bununla da komanda Avropa Liqası və ya Konfrans Liqasında oynamaq hüququ əldə edib. Bu, klub tarixində ilk belə uğurdur.
Qeyd edək ki, “Brayton” 2017-ci ildən Premyer Liqada çıxış edir.