Premyer Liqa klubunun Asensio planı
17.10.2022 - 17:43
“Real”ın futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.
Premyer Liqa klubu müqaviləsi yayda başa çatacaq oyunçunu bu qış heyətinə qatmağı planlaşdırır. “Real”ın 4 illik anlaşma təklifini geri çevirən Marko ildə 5 milyon avro maaşla razılaşmayıb. Bu üzdən madridlilər onu qış transfer dövründə satmağın əleyhinə deyil.
Qeyd edək ki, Asensio yayda da bir neçə klubun maraq dairəsində olsa da, keçid baş tutmayıb.
- Telldən “Bavariya” qərarı
- Konte Səudiyyə Ərəbistanından gələn böyük təklifi geri çevirdi
- Rəşad Sadıqov: “İstəyərdik ki, hər şey 90 dəqiqədə bizim xeyrimizə həll olunsun”
- Vaqif Cavadov: “Ardıcıl qələbələr onların yaxşı formada olmasından qaynaqlanır” - MÜSAHİBƏ
- İtaliya klubu “Fənərbaxça”dan 20 milyon istəyir
0
0