Premyer Liqada çıxış edən türk futbolçu mövsümü erkən başa vurdu
08.01.2025 - 17:38

İngiltərənin "Bornmut" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az "Relevo" nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Enes Ünal sıradan çıxıb.
Türk futbolçu komandanın məşqi zamanı dizindən ağır zədə alıb. Ön çarpaz bağları qopan 27 yaşlı forvard mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Bornmut" Enes Ünalı mövsümün əvvəlində "Xetafe"dən 16,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü davam edən mövsümdə Premyer Liqada meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib
- Kurtua: "Vinisius təhqirlərdən sonra da oyuna fikrini yönəldə bilir"
- "Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq
- İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb
- Badmintonçumuz Niderlandda gümüş medal qazanıb
0
0