Premyer Liqada klubunu dəyişə bilər
23.07.2022 - 17:22

“Vulverhempton”un yarımmüdafiəçisi Leandro Dendonker İngiltərədə klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, “Everton” 27 yaşlı futbolçu ilə maraqlanır.
“Mersisaydlılar”ın baş məşqçisi Frenk Lempard belçikalını sərəncamında görmək istədiyini etiraf edib. “Everton” yaxın günlərdə futbolçu üçün rəsmi transfer təklifi göndərəcək. Onun “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Leando Dendonker ötən mövsüm 34 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
- Avropa nəhənginin maliyyə hesabatları araşdırılır
- Kriştiano Ronaldonun Fitness və Məşq Sirləri: Fit Qalmağın Yolları
- "İnter" İnzaqi ilə bağlı qərar verib
- Güvənç Kurtar: "Şeydayevi əsas heyətdə oynaması üçün transfer ediblər" - Açıqlama
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
0
0